Vahab Əliyev
Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı.
== Həyatı ==
Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur..
V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.
V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir.
O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.